Baş prokurorluq: "Xaçmazda qadının ölməsi ilə bağlı araşdırma aparılır"

   Baş prokurorluq:    "Xaçmazda qadının ölməsi ilə bağlı araşdırma aparılır"
  03 İyul 2023    Oxunub:1081
Xaçmazda istirahət mərkəzində qadının ölməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib iyulun 2-si saat 17 radələrində 1963-cü il təvəllüdlü Xanım Tağıyevanın Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birində ölməsi faktı ilə bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyi əsasında müəyyən ediləcək.

Hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti