NASA “Roskosmos”la gələcək əməkdaşlığa ümid edir

NASA “Roskosmos”la gələcək əməkdaşlığa ümid edir
  05 Avqust 2023    Oxunub:1513
ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2028-ci ildən sonra da Rusiyanın “Roskosmos” Dövlət Korporasiyası ilə birgə işləməyi ümid edir.
Bu barədə "SpaceNews" portalı məlumat yayıb. Qeyd olunub ki, NASA 2028-ci ildən sonra Beynəlxalq Kosmik Stansiyanda (BKS) “Roskosmos” ilə işləməyi düşünür. NASA-da BKS proqramının rəhbəri Coel Montalbano bildirib ki, ABŞ, Kanada, Yaponiya və Avropa 2030-cu ilə qədər stansiya üzərində işləmək niyyətindədir.

“2028-ci ilə yaxınlaşdıqca biz Roskosmos və bütün beynəlxalq tərəfdaşlarla birlikdə nəyin məntiqli olduğunu anlamaq üçün işləyəcəyik. Əgər müxtəlif agentliklər bizdən bunu istəyirsə, biz daha uzun müddət işləməyə hazır olacağıq, lakin hələlik 2030-cu ilə qədər planlaşdırırıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti