TÜRKPA-nın Bakı sessiyası başladı

TÜRKPA-nın Bakı sessiyası başladı
  12 İyun 2014    Oxunub:1208
TÜRKPA-nın Bakıda keçirilən Beşinci plenar iclası öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, Qazaxıstanın parlament sədri Kabibulla Cakupov və Qırğızıstan parlamentinin sədri Asilbek Jeenbekovun başçılıq etdikləri nümayəndə heyətləri də iclasda iştirak edirlər.

TürkPA sessiyasında iştirak edəcək nümayəndə heyətləri Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun müşayiəti ilə bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.

Beşinci planar iclasın gündəliyinə daimi komissiyaların sədr və sədr müavinlərinin seçilməsi Azərbaycanda keçirilən prezident seçkilərinə dair TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının hesabatı və TÜRKPA-nın 2015-ci il üçün büdcəsinin qəbulu daxil edilib. Plenar iclasda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), TÜRKSOY, Türk Akademiyası, Qaradəniz Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, GUAM və mərmərə Qrupup Fondunun nümayəndələri iştirak edir.

Macarıstan Parlamentinin sədr müavini Sandor Lezsak başçılıq etdiyi nümayəndə heyəti də TÜRKPA-nın beşinci iclasında iştirak edən və Assambleya Şurasının toplantısı zamanı Macarıstan parlamentinin TÜRKPA-da müşahidəçi statusunun alınması gözlənilir.

Plenar iclas Bakı Bəyannaməsinin qəbul edilməsi ilə başa çatacaq.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti