Albaniya "TikTok"u bloklayıb

Albaniya hökuməti hələ 2024-cü ilin noyabrında "TikTok"un ölkə daxilində bir il ərzində bloklanması barədə qərar çıxarmışdı. Bu addıma səbəb kimi həmin günlərdə paytaxt Tirana şəhərində 14 yaşlı məktəblinin başqa bir şagird tərəfindən mübahisə nəticəsində bıçaqlanması göstərilmişdi. Şagirdlər arasında mübahisənin məhz "TikTok"da başladığı diqqətə çatdırmışdı.
Firudin Həmidli
AzVision.az
Teqlər: Albaniya TikTok bloklanma