Bişkeklə Düşənbə sərhədlə bağlı razılığa gəldilər - VİDEO

Qeyd edək ki, Sovet İttifaqı dövründə Qırğızıstan və Tacikistan SSR arasında sərhəd formal idi - hasarlar və sərhəd dirəkləri mövcud deyildi. SSRİ-nin dağılmasından sonra dəqiq demarkasiyanın yoxluğu ərazi mübahisələrinə səbəb oldu və bu mübahisələr tez-tez silahlı toqquşmalara çevrildi.
Son illərdə də böyük münaqişələr yaşanıb. 2021-ci ildə döyüşlər üç gün davam edib, 36 Qırğızıstan vətəndaşı həlak oldu, Tacikistan 19 itki verdi. 2022-ci ildə yenidən alovlanan toqquşmalarda ölənlərin sayı 100 nəfəri keçdi.
Bu hadisələrdən sonra iki ölkənin hakimiyyəti sərhədlərin delimitasiyası prosesini sürətləndirmək qərarına gəldi. Bu gün Bişkekdə Qırğızıstan və Tacikistan prezidentləri 2020-ci ildən bağlı qalan keçid məntəqələrinin açıldığını elan ediblər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: