"Volodimir Zelenski Moskva tərəfindən əsl prezident sayılmır, eyni zamanda, Ukrayna rəhbərliyinin əksəriyyəti cinayətkarlar üzrə siyahımıza salınıblar. Bu cinayətkarlarla sülh haqqında necə ciddi danışa bilərik?", - o deyib.
Səfir vurğulayıb ki, Rusiya Tramp hökumətinin irəli sürdüyü təklifləri də araşdırır, amma onlara "şübhə ilə yanaşır". Baklanov həmçinin mümkün əlavə sanksiyalar təhlükəsinə də toxunub.
"Rusiya öz resurslarına arxalanır. Digər ölkələrin bizə təzyiq göstərmək imkanları çox məhduddur", - səfir söyləyib.
![]() |
Ukrayna-ABŞ danışıqları başlayıb |
Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində danışıqlar başlayıb.
Firudin Həmidli
AzVision.az