Kobaxidze: “Zurabişvili Zelenskini bizə nümunə göstərirdi”

“Onun ilk sözləri bu oldu: “Siz nə istəyirsiniz?” Heç salamlaşmaq da yox idi. O, dedi ki, Zelenski qəhrəmandır və biz də belə olmalıyıq. Müasir siyasətdə əsas qəbul edilməkdir”, - Gürcüstanın baş naziri deyib.
Bunun cavabında Kobaxidze bildirib ki, minlərlə ölən ukraynalı və onların ailə üzvləri üçün əsas şey qəbul edilmək deyil, mövcud faktlardır. Bundan sonra Gürcüstan hökumətinin ünvanına kobud zənglər və sanksiyalar gəlib. Zurabişvili ilə danışmağın mənası olmadığı aydınlaşandan sonra hökumət başçısı onunla bütün ünsiyyəti dayandırıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Kobaxidze Zurabişvili mübahisə