ISW: “Rusiya atəşkəsdən öz xeyrinə istifadə etmək istəyir”

      ISW:    “Rusiya atəşkəsdən öz xeyrinə istifadə etmək istəyir”
  13 Mart 2025    Oxunub:432
Kreml Ukraynanın sülh danışıqlarında qabaqlayıcı güzəştlər qazanmaq üçün razılaşdığı atəşkəs təklifindən istifadə edə bilər.
AzVision.az xəbər verir ki, belə ssenarini proqnozlaşdıran Amerikanın Müharibənin Tədqiqatı İnstitutunun fikrincə, Putin, yalnız ABŞ ilə danışıqlar aparmaq üçün, xüsusilə də Ukraynanı danışıqlardan kənarlaşdırmağa çalışacaq.

Rusiyanın yüksək vəzifəli mənbələri dünən “Reuters” agentliyinə bildiriblər ki, müvəqqəti atəşkəs razılaşması Rusiyanın döyüş meydanındakı uğurlarını “nəzərə almalı və Rusiyanın problemlərini həll etməlidir”.

“Atəşkəs dövründə ABŞ-nin və ya digər dövlətlərin Ukraynaya hərbi yardımlarının dayandırılması İran, Şimali Koreya və Çindən kritik təchizat və yardım almağa davam edən Rusiya üçün son dərəcə faydalı olacaq. Belə nəhəng güzəşt ABŞ-nin gələcək danışıqlarda təsir rıçaqlarını məhv edəcək, həmçinin Ukraynanın ilk növbədə atəşkəsə razılaşdığı şərtləri pozacaq”, - ISW vurğulayır.

Kremlin nöqteyi-nəzərindən və vəziyyətlə tanış olan mənbələr, öz növbəsində, “Bloomberg” nəşrinə Putinin müvəqqəti atəşkəslə bağlı razılaşmalara cavab verməyin vaxtını uzadacağını deyiblər. Onların iddiasına görə, belə taktika ona Moskvanın şərtlərinin “nəzərə alınacağını” təmin etmək imkanı verəcək.

Kremlə yaxın mənbə isə deyib ki, Rusiya müvəqqəti atəşkəslə razılaşmaq üçün şərt kimi Ukraynaya silah satışını dayandırmağı tələb edə bilər. Bununla belə, mənbə bu dayandırmanın Kiyevə bütün beynəlxalq silah tədarükünə, yoxsa yalnız ayrı-ayrı ölkələrdən gələn tədarüklərə şamil olunacağını dəqiqləşdirməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ISW   Rusiya   atəşkəs  





Xəbər lenti