Səlim Müslümovun keçirdiyi görüşlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, eyni zamanda, bu dövrdə əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən Sumqayıt, Şirvan, Lənkəran şəhərlərində, Ağdam və Salyan rayonlarında 317 nəfər vətəndaş fərdi qaydada qəbul edilib.
Hər bir müraciət obyektiv şəkildə araşdırılaraq, müvafiq tədbirlər görülüb. Qəbullar zamanı ayrı-ayrı vətəndaşların müraciətlərinə uyğun olaraq müxtəlif reabilitasiya avadanlıqları ilə təminatı da həyata keçirilib.