Türk spiker Bakıdan dünyaya səsləndi

Daha sonra C.Çiçək dünən İraqın Mosul şəhərində “İraq Şam İslam Dövləti” (İŞİD) yaraqlıları tərəfindən Türkiyə baş konsulluğunun binasının ələ keçirilməsi və bu zaman baş konsul başda olmaqla 49 Türkiyə vətəndaşının həbsi ilə bağlı məlum olayları qınayan kəskin bəyanatla çıxış edib.
Onun sözlərinə görə, İŞİD yaraqlıları Mosul elektrik santralında işləyən daha 31 türk vətəndaşını həbs edərək naməlum səmtə aparmaqla böyük qanunsuzluğa yol veriblər.
TBMM İraqda baş verən hadisələrlə əlaqədar dünya birliyini terrora qarşı birlikdə mübarizə çağırıb.
Lakin bununla belə, terrora qarşı mübarizə məsələsində dünya birliyinin gözlənilən reaksiya vermədiyini və narahatlıq doğuran hadisələrə etinasız qaldığını ifadə edib.