Gürcüstan hökuməti Aİ-ni ittiham edir

   Gürcüstan hökuməti Aİ-ni ittiham edir
  13 Mart 2025    Oxunub:540
Ötən il Tbilisidə etiraz aksiyaları zamanı iğtişaşlar Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi təşkilatlar tərəfindən qızışdırılıb.
AzVision.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkənin “Rustavi-2” telekanalına müsahibəsində Avropa İttifaqına (Aİ) belə ittiham irəli sürüb.

“Biz illərlə fəxr edirdik ki, gürcü etirazı zorakılıq olmadan ötüşüb. Gürcü etirazına gələndə hətta ağacda bir yarpaq belə tərpənməzdi. Amma indi nəinki yarpaq, maşınlar çevrildi, yandırıldı, Molotov kokteylləri atıldı. Bütün bunlara Aİ tərəfindən maliyyələşdirilən təşkilatlar təhrik ediblər”, - Papuaşvili vurğulayıb.

Onun sözlərinə görə, 2024-cü ilin sonunda etirazçılar Tbilisidəki parlament binasına fişənglər və yandırıcı qarışıqlar atanda və bununla da qanunvericilik binasını az qala yandıranda Aİ rəsmilərindən heç biri onların hərəkətini pisləmədi. Lakin 2025-ci ilin fevralında etirazçılar Aİ-nin Sofiyadakı nümayəndəliyinin ofisinə hücum edəndə Avropa rəsmiləri “kiçiyindən tutmuş böyüyünə qədər” bu hadisəni pisləməyə başladılar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Gürcüstan     ittiham  





Xəbər lenti