Həmkarından İlham Əliyevə təbrik

Həmkarından İlham Əliyevə təbrik
  13 İyun 2014    Oxunub:971
Peru Respublikasının Prezidenti Ollanta Umala Tasso prezident İlham Əlievi Respublika günü münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Peru xalqı və hökuməti adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bu əlamətdar bayram münasibətilə mən dost Azərbaycan xalqının rifahı, eləcə də Zati-alinizin xoşbəxtliyi üçün dua edirəm. Eyni zamanda, ölkələrimiz arasında dostluq, əməkdaşlıq əlaqələrinin bütün sahələrdə daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində Peru hökumətinin iradəsini ifadə edirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə dərin hörmət və yüksək ehtiramımı çatdırıram.




Teqlər:





Xəbər lenti