Deputatın polis qardaşı işdən getdi

DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumatı təsdiqləyib.
Şöbə rəisi bildirib ki, Faiq Osmanlı öz arzusu ilə daxili işlər orqanlarından azad olunması barədə raport yazıb. Daxili İşlər Naziri Ramil Usubovun müvafiq əmri ilə, onun raportu nəzərə alınıb və Faiq Osmanlı Daxili İşlər orqanlarından xaric edilib.
Xatırladaq ki, bir müddət əvvəl, Faiq Osmanlı Göyçay Rayonlararası Mühafizə Bölməsinin rəisi vəzifəsindən azad olunaraq, Ağdaş Mühafizə Bölməsinə rəis təyin edilmişdi.