Güneyli siyasi məhbuslara basqılar və təhdidlər davam edir

Güneyli siyasi məhbuslara basqılar və təhdidlər davam edir
  07 Dekabr 2023    Oxunub:988
İran hökuməti onun siyasətinə qarşı müxalif mövqedə dayanan vətəndaşlar arasında Güney Azərbaycandan olan insanlara münasibətdə xüsusilə sər mövqe sərgiləyir.
AzVision.az “Azad İran” teleqram-kanalının yaydığı məlumata istinadən xəbər verir ki, Güney Azərbaycandan olan siyasi məhbuslar Təbrizin ETTELAAT (Təhülkəsizlik və Kəşfiyyat) idarəsinin təcridxanasında davamlı işgəncə və təhdidlərə məruz qalırlar. Fiziki və psixoloji işgəncələr nəticəsində Milli fəallardan Araz İbrahimnejadın ikid dəfə və Yürüş Mehrəlinin bir fəfə finfarkt keçirdiyi bildirilir.

Məhbəsdə saxlanılan Əmir Hüseyn Qaderinin atası oğlunun, digər məhbuslardan isə Davud Şiri, Əli Babayi, Məhəmmədrza Movəhhed və Cavad Sudbərin saxta ittihamları etiraf etmək üçün çoxsaylı təhdid və işgəncələrə məruz qaldığını açıqlayıb.

Qeyd edək ki, güneyli milli fəalların ETTELAAT tərəfindən həbs edilməsindən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, onların hələ də ailələri ilə əlaqə saxlamasına icazə verilmir.
AzVision.az


Teqlər: İran   güneylilər  





Xəbər lenti