Sarkisyandan onu devirən xalqa sual: "Nəyə nail oldunuz?"

   Sarkisyandan onu devirən xalqa sual:    "Nəyə nail oldunuz?"
  16 Fevral 2024    Oxunub:1172
Ermənistanın üçüncü prezidenti, hərbi cani Serj Sarkisyan diqqət çəkən açıqlamalar verib.
O, qeyd edib ki, 2018-ci ildə prezidentlik müddətini başa vurduqdan sonra baş nazir kimi fəaliyyətini davam etdirmək istəyib. Məqsəd, sonradan baş verən fəlakətin qarşısını almaq olub. Xocalı soyqırımının təşkilatçısı fəlakət deyərkən 2020-ci ildə baş vermiş müharibəni və Qarabağın İrəvanın əlindən çıxmasını nəzərdə tutub.

Sarkisyan sükutu pozdu: “Hakimiyyəti populistlərə güzəştə getdim”
Sarkisyan jurnalistlərlə söhbətində qeyd edib ki, o, 2018-ci ildə “sakit şəkildə evə gedə bilərdi”, amma bunu etməyib. Çünki guya ölkəsinə doğru fəlakətin yaxınlaşdığını görüb. Hərbi cani şəxsi motivlərinin olmadığını da iddia edib. Amma bu gün o, həmin vaxt Sarkisyanın istefasını tələb edənlərin hamısından yalnız bir şeyi soruşmaq istəyib: "Onlar bu çevrilişlə nəyə nail oldular?".

Eks-prezident jurnalistin o vaxtkı hakimiyyətin Dağlıq Qarabağ ətrafında gedən prosesləri xalqdan gizlətməsi ilə bağlı səsləndirdiyi fikirlərlə razılaşmayıb. Sarkisyan qeyd edib ki, o, 2018-ci ilin aprelində parlamentin tribunası da daxil olmaqla, ayrı-ayrı məkanlarda dəfələrlə deyib ki, danışıqlar prosesi nikbinlik yaratmır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Sarkisyan   Ermənistan  





Xəbər lenti