İsveçdə Holokostun inkarı cinayət hesab edilə bilər

İsveçdə Holokostun inkarı cinayət hesab edilə bilər
  16 Fevral 2024    Oxunub:1010
İsveçdə Holokostun inkarının kriminallaşdırılması haqqında qanun hazırlanıb.
Bu barədə SVT telekanalı məlumat yayıb. Belə ki, Holokostun əhəmiyyətini inkar edən və ya aşağılayanla etnik zəmində nifrətin qızışdırılmasının eyni şəkildə cəzalandırılması təklif edilir. Bu maddə həm cərimə, həm də iki il müddətinə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Öz növbəsində İsveçin ədliyyə naziri Qunnar Strömmer “Expressen” qəzetinə müsahibəsində qanun layihəsini şərh edib: “Bu, gələcəkdə daha çox hərəkətin qanunsuz hesab ediləcəyi demək deyil. Söhbət, məsələn, Holokostu inkar etməyin qeyri-qanuni olduğunun aydınlaşdırılmasından gedir".

Ölkənin mədəniyyət naziri Parisa Lilestrand öz növbəsində bildirib ki, yeni qanun soyqırımın digər təzahürlərini də əhatə edəcək, lakin bu günlə müqayisədə söz azadlığına hər hansı məhdudiyyət nəzərdə tutmur.

Qeyd edək ki, Holokost İkinci Dünya müharibəsi dövründə Avropada yəhudilərə qarşı törədilmiş soyqırımıdır. 1941-ci ildən 1945-ci ilədək nasist Almaniyası işğal olunan ərazilərdə sistematik olaraq 6 milyona yaxın yəhudini qətlə yetirib.


AzVision.az


Teqlər:





Xəbər lenti