ABŞ Yəməndə husilərin mövqelərinə 5 zərbə endirib

   ABŞ Yəməndə husilərin mövqelərinə 5 zərbə endirib
  18 Fevral 2024    Oxunub:859
ABŞ Yəmənin Husilərin nəzarətində olan ərazilərində gəmi əleyhinə qanadlı raketlərə, yerüstü və sualtı pilotsuz təyyarələrə beş zərbə endirib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Bildirilib ki, bu obyektlər ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və ticarət gəmiləri üçün təhlükə yaradırdı.

“17 fevral saat 15:00-dan 20:00-a qədər üç mobil gəmi əleyhinə qanadlı raketə, bir pilotsuz sualtı gəmiyə və bir pilotsuz suüstü gəmiyə qarşı beş özünümüdafiə zərbəsi uğurla həyata keçirildi".

Yanvar ayından bəri ABŞ Yəməndəki hədəflərə dəfələrlə zərbələr endirib. Vaşinqton bunu Qırmızı dənizdə husilərin ticarət və hərbi gəmilərinə davam edən hücumlarına cavab adlandırır.

Yəmən husiləri tərəfindən beynəlxalq gəmilərin atəşə tutulması 2023-cü ilin dekabrında İsrail və Fələstinin HƏMAS hərəkatı arasında gedən müharibə fonunda artıb. Fevralın 17-də husilər Qırmızı dənizdə Britaniyanın “Polux” neft tankerinə raket zərbəsi endirdiyini bildiriblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti