Türkiyə süni intellektdən istifadə edərək lazer silahları hazırladı

   Türkiyə süni intellektdən istifadə edərək lazer silahları hazırladı
  18 Fevral 2024    Oxunub:1151
Türkiyənin Roketsan şirkəti süni intellekt texnologiyalarından istifadə etməklə ALKA lazer silahlarının hazırlanmasını başa çatdırıb.
Bu barədə Roketsanın qabaqcıl sistemlər üzrə meneceri Seyit Tunc məlumat verib. İnnovativ ALKA silah sistemi Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbərliyi altında hazırlanıb.

S. Tuncun sözlərinə görə, ALKA elektromaqnit və lazer texnologiyalarından istifadə edən hibrid hava hücumundan müdafiə sistemidir.

O qeyd edib ki, mövcud silahların süni intellekt vasitəsilə təkmilləşdirilməsi zərurəti dünyada baş verən son hadisələr, xüsusən də Ukraynadakı döyüşlər fonunda yaranıb. Onun sözlərinə görə, Türkiyə “asimmetrik təhdidlərə” qarşı çıxmaq üçün belə silahlara ehtiyac duyacaq.

ALKA sistemi ilk dəfə 2019-cu ildə İstanbulda keçirilən IDEF müdafiə sərgisində təqdim edilib. Roketsan saytındakı məlumata görə, onun lazerlə məhvetmə məsafəsi 750 m-dir. Silah əsasən pilotsuz uçan aparatları məhv etmək, həmçinin minaları və əldəqayırma partlayıcıları uzaqdan işə salmaq üçün nəzərdə tutulub.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti