"Rusiya Ermənistanda kommunikasiyaya nəzarət edə bilməz"

   "Rusiya Ermənistanda kommunikasiyaya nəzarət edə bilməz"
  19 Fevral 2024    Oxunub:1150
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, 9 noyabr 2020-ci il tarixli bəyanatda Rusiyanın Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyalarına nəzarət etmək imkanına malik olduğuna dair heç bir bənd yoxdur.
“Üçtərəfli bəyanatın 9-cu bəndində elə bir şey yoxdur ki, Rusiya Federasiyası bizim ərazimizdə nəyəsə nəzarət edə bilər”, - Paşinyan Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşündə deyib.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti