Zelenski may ayından legitimliyi itirəcək?

Zelenski may ayından legitimliyi itirəcək?
  19 Fevral 2024    Oxunub:806
"Ölkə prezidenti Vladimir Zelenskinin səlahiyyət müddəti bitdiyi üçün mayın 21-dən sonra legitimliyini itirəcək".
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov sosial şəbəkələrdəki səhifəsində yazıb.

O xatırladıb ki, Ukrayna Konstitusiyasına əsasən, hərbi vəziyyətin tətbiqi nəticəsində prezident seçkilərinin ləğvi gözlənilən hal sayılmır. Azarov bununla belə Zelenskinin seçkiləri ləğv etməsinə diqqət çəkib.

“Bu mövzu indi Kiyev rejiminə qarşı mübarizə aparan hər kəs üçün əsas açar olmalıdır”, - keçmiş baş nazir qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti