Ermənistanda qızılca xəstəliyi surətlə yayılır

   Ermənistanda qızılca xəstəliyi surətlə yayılır
  19 Fevral 2024    Oxunub:927
Ermənistanda qızılcaya yoluxanların sayı surətlə artır.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "Sputnik Armeniya" yazır ki, yoluxmaların artmasını Ermənistan Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin məlumatları sübut edir.

Təkcə ötən həftə qızılcaya 12 yeni yoluxma faktı qeydə alınıb.

Xəstələrin hamısı isə uşaqlardır. İl başlayandan 81 nəfərə bu diaqnoz qoyulub, onlardan 62-si uşaq, 19 nəfər isə yuxarı yaş qruplarına aiddir. 16 xəstə isə ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib. Xəstəliyə yoluxmayla bağlı say isə 621-ə qalxıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Qızılca  





Xəbər lenti