İsrail Braziliya Prezidentini "persona non-qrata" elan edib

   İsrail Braziliya Prezidentini "persona non-qrata" elan edib
  19 Fevral 2024    Oxunub:3566
İsrail Braziliya prezidenti Luiz İnasiu Lula da Silvanı persona non qrata elan edib.
AzVision.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Katz deyib.

Nazir bunun Braziliya liderinin Qəzza zolağındakı müharibəni Holokostla müqayisə etdiyi üçün atıldığını deyib.

Braziliya lideri bu yaxınlarda Qəzza zolağında baş verənlərin soyqırımı olduğunu bildirib və bunu Hitlerin yəhudilərə qarşı vəhşiliyi ilə müqayisə edib.

“Mən prezidentə çatdırmaq istərdim ki, biz onu bağışlamayacağıq və o sözlərindən geri çəkilib üzr istəməyənə qədər İsraildə arzuolunmaz şəxsdir”, – deyə “Yedioth Ahronoth” qəzeti nazirin sözlərindən sitat gətirib.

AzVision.az


Teqlər:





Xəbər lenti