Türkiyədə Fransanın casus şəbəkəsi ələ keçdi
MİT-dən bildirilib ki, onlar Türkiyənin miqrasiya siyasətləri və ölkədə insan haqlarının pozulması ilə bağlı yalan məlumatlar ötürüblər. Bildirilir ki, Türkiyənin meqapolisində yaşayan Ahmet Kati adlı Suriya vətəndaşı özünü jurnalist və ictimai fəal kimi təqdim edərək ailəsi ilə birlikdə Fransa Baş Konsulluğuna sığınacaq üçün müraciət edib. Bunun müqabilində Fransa kəşfiyyatının nümayəndələri suriyalılara Türkiyə haqqında casus məlumatları toplamaq təklif ediblər.
Qəzet yazır ki, daha sonra Kati fransızlara suriyalı qaçqınlar, o cümlədən onlara qarşı işgəncələrin tətbiq edilməsi ilə bağlı saxta sənədlər təqdim edib ki, bu da Ankara üçün Avropada mənfi nəticələrə gətirib çıxarıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: