Finlandiyada körpələr arasında virus yayılır, xəstəxanalar dolub

Finlandiyada körpələr arasında virus yayılır,  xəstəxanalar dolub
  21 Fevral 2024    Oxunub:906
Finlandiyada təhlükəli virus yayılıb.
Yle-nin yaydığı məlumata görə, ölkənin mərkəzi bölgələrindəki xəstəxanalar, əsasən, körpə və uşaqları təsir edən virus epidemiyası səbəbindən həddindən artıq dolub.

Qeyd olunur ki, "Nova" xəstəxanasının uşaq və təcili yardım şöbələri hələ yanvar ayında tam şəkildə dolubmuş. Həkimlər isə bildirirlər ki, xəstəliyə yoluxanların sayı daim artır və artıq virus bütün ölkəyə yayılıb: "Söhbət aşağı tənəffüs yollarına təsir edən, nəfəs almaqda çətinlik yaradan respirator sinsitial virusdan gedir".

Tibb mütəxəssisləri belə hesab edirlər ki, indiki epidemiya ötən ilkindən daha pisdir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Finlandiya  





Xəbər lenti