Aİ Rusiyaya qarşı növbəti sanksiyalar paketi hazırlayır

Aİ Rusiyaya qarşı növbəti sanksiyalar paketi hazırlayır
  21 Fevral 2024    Oxunub:897
Avropa İttifaqı yaxın vaxtlarda Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işə başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə adı açıqlanmayan bir neçə Aİ diplomatına istinadən "Euractiv" portalı məlumat yayıb.

Onların sözlərinə görə, nəzərdən kənarda qalan sənaye aspektlərinə daha çox diqqət yetirmək üçün növbəti məhdudiyyətlərin paketi üzərində işin yaxın bir neçə həftə ərzində başlaması gözlənilir.

Qeyd edək ki, bu gün Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin müdafiə müəssisələrinə təsir edəcəyini bildirmişdi. Diplomat əlavə edib ki, sanksiyalara artıq tətbiq edilmiş anti-Rusiya məhdudiyyətlərindən yayınan şirkətlər də daxil olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti