Kiselyov terrorçu elan edilib

   Kiselyov terrorçu elan edilib
  22 Fevral 2024    Oxunub:810
NTV telekanalının keçmiş baş direktoru, son illərdə Ukrayna televiziyasında çalışan Yevgeni Kiselyov Rusiyada ekstremistlər və terrorçular siyahısına daxil edilib.
Bu barədə “Rosfinmonitorinq”in saytında məlumat verilib. Bundan əvvəl o, Rusiyada cinayət maddəsi ilə axtarışa verilmişdi.

Kiselyov jurnalist, media meneceri və siyasi şərhçidir. 1984-cü ildə televiziyada işləməyə başlayıb. 1993-2001-ci illərdə NTV kanalının əməkdaşı olub. Hazırda "Ukrayna-24" telekanalında işləyir.

AzVision.az



Teqlər:





Xəbər lenti