Rusiya: Danışıqlar Kiyev rejimi dəyişdikdə mümkün olacaq

Rusiya:    Danışıqlar Kiyev rejimi dəyişdikdə mümkün olacaq
  22 Fevral 2024    Oxunub:731
Rusiya ilə Ukrayna arasında danışıqlar yalnız Kiyev rejiminin dəyişməsindən sonra mümkün olacaq.
AzVision.az xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev Rusiya mətbuatına müsahibəsində bildirib.

Medvedev: "Ukraynanı ölkə saymıram"
Onun sözlərinə görə, məsələ Ukrayna lideri Volodimir Zelenskidə deyil. Problem hazırda ölkəni idarə edən elitanın siyasətdən uzaqlaşmamasındadır.

Siyasətçi əlavə edib ki, bu elitalar gedəndən sonra Ukraynada rəhbər vəzifələr “Ukrayna” adlı yerli vətəndaşların gələcəyi üçün öz məsuliyyətini dərk edən tamamilə fərqli insanlar tərəfindən tutulmalıdır.

Medvedev vurğulayıb ki, belə liderlər meydana çıxanda danışıqlar haqqında düşünmək mümkün olacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti