Lukaşenko yenə prezident seçkilərinə qatılacaq

   Lukaşenko yenə prezident seçkilərinə qatılacaq
  25 Fevral 2024    Oxunub:1329
Belarusda parlamentin aşağı palatasının və yerli şuraların deputatlarının seçilməsi üçün ölkə tarixində ilk vahid səsvermə keçirilir.
Seçkidə iştirak edən Belarus prezidenti Aleksandr Lukaşenko jurnaistlərin növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı sualını cavablandırıb.
"KTMT Ermənistansız çökməyəcək, amma geri dönmək çətin olacaq" - Lukaşenko


"Seçkilərə qatılacağam. Narahat olmayın, biz Belarus üçün nə lazımdırsa, edəcəyik. Tamamilə səmimi deyirəm, dünyanın heç bir yerində Belarusdakı kimi açıq, ədalətli, prinsipial seçkilər yoxdur. Bu, bizim üçün bayramdır. Həmişə belə olub”, - deyə dövlət başçısı bildirib. Aleksandr Lukaşenko əmindir ki, belə çətin və qeyri-müəyyən bir dövrdə prezident postunu tərk etmək xəyanətə bərabər olacaq.

"Prezident seçkilərinə hələ bir il var. Çox şey dəyişə bilər. Təbii ki, hamımız cəmiyyətimizdə hansı dəyişikliklərin olacağına, bir ildən sonra səsverməyə hansı şəraitdə gedəcəyimizə reaksiya verəcəyik".

Onun sözlərinə görə, müxaliflər Belarusda hakimiyyətin devrilməsi variantlarından heç birini həyata keçirə bilməyəcəklər.

"Biz əvvəlki səhvlərimizdən necə nəticə çıxaracağımızı bilirik. Ona görə də onların ümid edəcək heç nəyi yoxdur", - Belarus lideri əlavə edib.

Qeyd edək ki, Belarusda sonuncu dəfə prezidenti seçkiləri 2020-ci ildə keçirilib.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti