"Ermənistanla Azərbaycan arasındakı problem Avropa və Amerikadakı erməni diasporudur"

   "Ermənistanla Azərbaycan arasındakı problem Avropa və Amerikadakı erməni diasporudur"
  25 Fevral 2024    Oxunub:1591
"Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa şansı yoxdur".
Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə deyib . O bildirib ki, Azərbaycan münasibətlərin normallaşmasını istəyir:
"Ermənistanı erməni diasporunun kölgəsindən xilas etməklə yolumuza davam etməliyik"


“Ermənistanla Azərbaycan arasında problem Ermənistandakı ermənilər deyil, əksinə, o regionda sülh istəməyən dairələr, xüsusən də Avropa və Amerikadakı erməni diasporu ilə bağlıdır.

Paşinyanın “bundan sonra biz də bunu qəbul edəcəyik” mənasında dediyi sözlərə ilk növbədə diasporadakı ermənilər böyük reaksiya verdi. Ermənistanın bu regionda Azərbaycanla sülh və təhlükəsizlik şəraitində yaşamaqdan başqa şansı yoxdur".

Xatırladaq ki, N.Kurtulmuş fevralın 21-dən 24-dək Bakıda keçirilmiş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti