Bayden Putinlə Si Cinpini səhv saldı - VİDEO

 Bayden Putinlə Si Cinpini səhv saldı  - VİDEO
  26 Fevral 2024    Oxunub:1030
ABŞ prezidenti Cozef Bayden növbəti dəfə yanlış cümlələri ilə dünya mediasının gündəminə gəlib.
GB News-un yaydığı məlumata görə, o, Milli Qubernatorlar Assosiasiyasında çıxış edərkən Rusiya ilə Çini səhv salıb. Amerika lideri Çin prezidenti Si Cinpini Rusiya prezidenti adlandırıb.

Bayden Makronu ölmüş prezidentlə səhv saldı
Vaşinqton rəhbəri vitse-prezident kimi çalışdığı Barak Obamanın prezidentliyi dövründəki bir epizodu xatırladıb. O qeyd edib ki, Obama onu Si Cinpinlə yaxın əlaqələr qurmaq üçün xəbərdar edib. Çünki Si Cinpin bir gün “Rusiyanın lideri” olacaq.

Qeyd edək ki, Bayden bir neçə dəfə oxşar səhvlərə yol verib.

ABŞ prezidenti bundan əvvəl Yuliya Navalnının adını unudaraq onu “Yolanda” adlandırmışdı.

O bir neçə gün öncə San-Fransiskoda qapalı seçki kampaniyası zamanı isə Rusiya prezidenti Vladimir Putinin ünvanına ağır söyüşlər işlətmişdi. ABŞ lideri həmkarını “dəli, fahişə oğlu” adlandırıb.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Rusiya   ABŞ   Çin  





Xəbər lenti