ABŞ-Britaniya zərbələri nəticəsində Yəməndə ilk dəfə mülki şəxs ölüb

   ABŞ-Britaniya zərbələri nəticəsində Yəməndə ilk dəfə mülki şəxs ölüb
  26 Fevral 2024    Oxunub:829
ABŞ və Böyük Britaniyanın Yəməndə fəaliyyət göstərən iranyönümlü husi qruplaşmasına qarşı birgə əməliyyatı çərçivəsində ilk dəfə mülki şəxs həyatını itirib.
AzVision.az xəbər verir ki, bu barədə Yəmənin İctimai Səhiyyə və Əhali Nazirliyi məlumat yayıb.

"ABŞ və Britaniyanın Təiz əyalətinin Məqbənə qəsəbəsinə təcavüzü nəticəsində 1 mülki şəxs ölüb, 8 nəfər yaralanıb", - məlumatda deyilir.

Xatırladaq ki, ABŞ və Böyük Britaniyanın Qırmızı dənizdə apardığı əməliyyatlar Qəzza zolağında müharibəyə cavabən ötən il noyabrından İsraillə əlaqəli gəmiləri hədəfə alan husilərin hücumlarına cavab mahiyyəti daşıyır.
Almaniya Qırmızı dənizə freqat göndərir

Husilərə qarşı Avropa İttifaqı da tədbir görməyə başlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Yəmən   husilər   Qırmızı-dəniz  





Xəbər lenti