Afrikanın ən böyük məscidi istifadəyə verilib - FOTOLAR

   Afrikanın ən böyük məscidi istifadəyə verilib -    FOTOLAR
  26 Fevral 2024    Oxunub:1151
Əlcəzairin paytaxtında inşası bu, ya digər əngəllərlə üzləşmiş, ölkədə 2019-cu meydana gələn kütləvi etirazlar səbəbi ilə rəsmi açılışı 5 il gecikmiş məscid istifadəyə verilib.
AzVision.az xəbər verir ki, 2012-2019-cu illər arasında Çin inşaat firması tərəfindən tikilmiş məscid - Böyük Əlcəzair Məscidi dünyadakı üçüncü ən böyük müsəlman məbədidir. O həmçinin dünyadakı ən hündür minarəyə (265 metr) və 120 min nəfərlik ibadət zalına malikdir.

Modernist dizaynda layihələndirilmiş məbəddə 1 milyon kitablıq kitabxana və helikopter meydançası da mövcuddur. Layihənin 898 milyon dollara başa gəldiyi bildirilir.

Əlcəzair prezidenti Əbdülməcid Təbbun məscidin təntənəli açılış mərasimində iştirak edib.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: Afrika   Əlcəzair   məscid  





Xəbər lenti