Səfir Azərbaycan xalqına başsağlığı verib

Səfir Azərbaycan xalqına başsağlığı verib
  26 Fevral 2024    Oxunub:795
Azərbaycanlıların Xocalı faciəsi ilə bağlı ağrı-acıları israillilərin qəlbində əks-səda verir.

AzVision.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Bu gün biz 1992-ci ildə Xocalıda qətlə yetirilən qurbanların xatirəsini yad edirik. İsrail adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Biz azərbaycanlı dostlarımızın acısını bölüşürük. Öz evlərində vəhşicəsinə qətlə yetirilən uşaqların, qadınların və qocaların da daxil olduğu günahsız həyatların şahidi olmağın dəhşətini birbaşa başa düşürük. İstər 1992-ci ilin fevralında, istərsə də 2023-cü ilin oktyabrında bu cür vəhşiliklər bizi ədalətsizlik və nifrətlə mübarizəni davam etdirməyə və ortaq insanlığı qorumağa məcbur edir”, - paylaşımda qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti