“The Manila Tines” qəzeti Xocalı soyqırımından yazır

“The Manila Tines” qəzeti Xocalı soyqırımından yazır
  26 Fevral 2024    Oxunub:757
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın İndoneziyadakı səfirliyinin müşaviri Leyla Atayevanın Filippinin nüfuzlu “The Manila Times” qəzetində “Xocalı soyqırımı: İnsanlığa qarşı cinayət” adlı məqaləsi dərc edilib.
Səfirlikdən bildiriblər ki, məqalədə hər il fevral ayının 26-da Azərbaycan xalqının erməni silahlılarının 1992-ci ildə Xocalı şəhərində qətlə yetirdikləri insanların xatirəsini yad etdiyi bildirilir.

Ermənistanın Azərbaycana qarşı onilliklər boyu davam edən təcavüzü zamanı Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımının insanlıq əleyhinə həyata keçirilmiş ən ağır cinayətlərdən, eləcə də Azərbaycan tarixinin ən faciəli səhifələrindən birinə çevrildiyi qeyd olunur. Yazıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni millətçilərinin bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədə olan Xocalı şəhərinin dinc əhalisinə ağır hərbi texnika ilə hücum etdiyi, onları misli görünməmiş vəhşiliklə qətlə yetirdiyi və şəhəri yerlə-yeksan etdiyi bildirilir.

Xocalı faciəsinin bir çox ölkələrin parlamenti tərəfindən soyqırımı kimi qəbul edildiyi, hazırda 17 dövlətin və ABŞ-ın 20-dən çox ştatının Xocalı soyqırımını tanıdığı qeyd olunur. Digər ölkələrin də ədalətin müdafiəsinə qalxması, insanlığa qarşı törədilmiş bu soyqırımına layiqli hüquqi və siyasi qiymət verməsinin vacibliyi bildirilir.

Məqalədə Xocalı soyqırımının təkcə mülki azərbaycanlılara qarşı deyil, həm də bəşəriyyətə qarşı törədilmiş cinayət olmasının bütün dünyanın dərk etməsinin əhəmiyyəti vurğulanır.

AzVision.az


Teqlər:





Xəbər lenti