ABŞ husilərin pilotsuz suüstü gəmilərini vurdu

   ABŞ husilərin pilotsuz suüstü gəmilərini vurdu
  27 Fevral 2024    Oxunub:767
ABŞ Mərkəzi Komandanlığı Yəmən husilərinin hücumlarının dəf edildiyini bildirib.
Komandanlığın X sosial şəbəkəsində məlumat verilir ki, hücumun qarşısı alınarkən ABŞ hərbçiləri üç pilotsuz suüstü gəmini, iki gəmi əleyhinə qanadlı raketi və bir PUA-nı vurub.

Husilərin mövqelərinə zərbələr fevralın 26-da yerli vaxtla saat 16:45-dən 23:45-dək endirilib.

ABŞ ordusunun məlumatına görə, yerüstü gəmilər və raketlər Yəmən istiqamətində atılmaq üçün hazır vəziyyətə gətirilib və PUA Qırmızı dəniz üzərində məhv edilib.

Yəmən husiləri tərəfindən kommersiya və hərbi gəmilərin atəşə tutulması 2023-cü ilin dekabrında İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında gedən müharibə fonunda artıb.

Buna cavab olaraq yanvar ayından bəri ABŞ və Böyük Britaniya Yəməndəki mövqelərə dəfələrlə zərbələr endirib.

Sonuncu zərbə fevralın 25-də səkkiz obyektin - yeraltı silah anbarları, raket anbarları, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, radarlar və helikopterin vurulduğu zaman olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti