Makron: "Avropa yaxın illərdə Rusiyanın hücumuna hazır olmalıdır"

   Makron:    "Avropa yaxın illərdə Rusiyanın hücumuna hazır olmalıdır"
  27 Fevral 2024    Oxunub:1063
Fransa prezidenti Emmanuel Makron Rusiya ilə müharibə ehtimallarına dair diqqət çəkən fikirlər səsləndirib.
Reuters-in yaydığı məlumata görə o, Avropa ölkələrinin yaxın illərdə Rusiyanın mümkün hücumuna hazırlaşmaları barədə yekdil fikirdə olduqlarını iddia edib. Bundan başqa Avropa liderləri Ukraynaya maliyyə və hərbi yardım göstərmək üçün daha çox səy göstərilməsini də vacib sayıblar.

Paris Ukraynanın çöküşünü gizlətmək istəyir - “France 24”
“Hamımız rus xalqı ilə müharibəyə getmək istəmirik fikri ilə razıyıq. Lakin gərginliyi nəzarətdə saxlamaqda qərarlıyıq”, - o qeyd edib.

Makron həmçinin deyib ki, Ukraynanın Qərb müttəfiqləri Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaradıblar.

20-yə yaxın Avropa ölkəsi lideri bazar ertəsi Parisdə toplaşıb. Onlar Rusiya prezidenti Vladimir Putinə Avropanın Ukrayna ilə bağlı qətiyyəti barədə siqnal göndərmək üçün bir araya gəliblər. Bundan başqa, liderlər Kremlin Rusiyanın artıq üçüncü ildir ki, müharibədə qalib gələcəyinə dair iddialarına qarşı çıxdıqlarını da nümayiş etdiriblər.

Parisdə keçirilən konfransda Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü müzakirə olunsa da toplantı iştirakçıları bu mövzuda konsensus əldə etməyiblər.

Toplantı iştirakçıları arasında Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron, Hollandiyanın baş naziri Mark Rutte, həmçinin Skandinaviya və Baltikyanı ölkələrin liderləri var.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Makron   Paris  





Xəbər lenti