Sarkozinin müşaviri Ukraynada sovet abidələrinin sökülməsini pislədi

Sarkozinin müşaviri Ukraynada sovet abidələrinin sökülməsini pislədi
  27 Fevral 2024    Oxunub:872
Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin müşaviri olmuş hüquq müdafiəçisi Arno Klarsfeld Ukrayna əleyhinə fikirlər səsləndirib.
O, "X" sosial şəbəkəsində yazıb ki, Avropa ölkələrinin Ukraynada sovet abidələrinin sökülməsinə və Kiyevin prospektlərin adını dəyişdirməsinə susması ziddiyyətli məqamlardır.

Makron: "Avropa yaxın illərdə Rusiyanın hücumuna hazır olmalıdır"
O, postunda yazıb ki, Qərb ölkələri ilə Rusiya arasında potensial müharibə əvvəlki iki dünya müharibəsi kimi Avropanı onilliklər ərzində məhvə sürükləyəcək. Klarsfeld vurğulayıb ki, ehtimal olunan münaqişə Ukraynadan başlayarsa, ağlabatan həll yolları tapıla bilər.

Hüquq müdafiəçisi hesab edir ki, bu gün Avropa Ukraynaya yardımlara davam etməlidir. Lakin avropalı liderlər Kiyevin istədiyi kimi Rusiya ilə müharibəyə getməməlidirlər: "Avropa nasizmə qalib gəlmək üzərində qurulub. Bugünkü Avropanın könüllü surətdə susması ziddiyyətlidir. Halbuki, 2014-cü ildən Ukrayna rejimi nasizm üzərində qələbənin şərəfinə ucaldılmış abidələri sökür, heykəlləri götürür, ukraynalı millətçilərin şərəfinə stadion və prospektlərə adlar verir. Onlar İkinci Dünya Müharibəsi zamanı nasistlərlə əməkdaşlığa getmiş və on minlərlə yəhudi ailəsini məhv etmiş adamlar olublar".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Avropa   Fransa   Müharibə  





Xəbər lenti