İƏT-in Baş katibi: "Xocalı soyqırımı insanlığa qarşı cinayətdir"

      İƏT-in Baş katibi:    "Xocalı soyqırımı insanlığa qarşı cinayətdir"
  27 Fevral 2024    Oxunub:820
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.
AzVision.az bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.

Onun sözlərinə görə, Xocalı soyqırımı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsidir.

İƏT-in Baş katibi həmçinin bir zamanlar işğal altında olmuş Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş kütləvi vəhşilikləri hərbi, insanlığa qarşı cinayətlər və soyqırımı adlandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti