Le Pen də Makronu Ukrayna açıqlamasına görə tənqid etdi

Le Pen də Makronu Ukrayna açıqlamasına görə tənqid etdi
  27 Fevral 2024    Oxunub:976
Fransanın "Milli birlik" siyasi partiyasının rəhbəri Marin Le Pen Emmanuel Makronu tənqid edib.
Buna səbəb Fransa pezidentinin Avropa İttifaqının (Aİ) Ukraynaya mümkün qoşun yeridilməsi ilə bağlı bəyanatı olub. Marin Le Pen "X" sosial şəbəkəsindəki səhifəsində Makronun "hərbi rəis rolunu oynadığını" yazıb.

Çekov: "Makron dünya müharibəsinin başlaması üçün ciddi addım atdı"
"Emmanuel Makron hərbi rəhbər rolunu oynayır, amma söhbət bizim uşaqlarımızın həyatından gedir. Bu, bizim ölkədə sülh və ya müharibə olması məsələsidir", o qeyd edib.

Qeyd edək ki, Emmanuel Makron dünən Parisdə keçirilən Ukraynaya dəstək konfransında qalmaqallı açıqlamalar verib. O deyib ki, Ukraynanın Qərb müttəfiqləri Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaradıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Makron   Ukrayna  





Xəbər lenti