Attal Aİ qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyib

   Attal Aİ qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyib
  27 Fevral 2024    Oxunub:769
Fransanın baş naziri Qabriel Attal prezident Emmanuel Makronun Qərb ölkələrinin qoşunlarını Ukraynaya göndərə biləcəyi ilə bağlı bəyanatına müsbət reaksiya verib.
O, RTL-in efirində çıxışı zamanı Makronun bu ideyası ilə razılaşdığını deyib.

Makron: "Avropa yaxın illərdə Rusiyanın hücumuna hazır olmalıdır"
Attalın sözlərinə görə, “Avropa Birliyinin qapısı önündə gedən müharibədə artıq heç bir proses istisna edilmir”.

Fransanın baş naziri Parisin də qoşunları Ukraynaya göndərməsinin mümkünlüyünə dair suala belə cavab verib: "Fransa Rusiyanın qalib gələ biləcəyi perspektivi ilə barışa bilməyəcək".

Qeyd edək ki, Emmanuel Makron dünən Parisdə keçirilən Ukraynaya dəstək konfransında qalmaqallı açıqlamalar verib. O deyib ki, Ukraynanın Qərb müttəfiqləri Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaradıblar.

Konfransda Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü müzakirə olunsa da, toplantı iştirakçıları bu mövzuda konsensus əldə etməyiblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Rusiya  





Xəbər lenti