CAR səfiri: "Putinin təhlükəsizliyini təmin edə bilmərik"

CAR səfiri:    "Putinin təhlükəsizliyini təmin edə bilmərik"
  27 Fevral 2024    Oxunub:826
Cənubi Afrika Respublikasının (CAR) Rusiyadakı səfiri Mzuvukile Jef Maketuka Vladimir Putinlə bağlı maraqlı açıqlama verib.
O, TASS-a müsahibəsində deyib ki, Rusiya prezidenti CAR-a səfər etmək qərarı versə, ölkə rəsmiləri onun təhlükəsizliyini təmin edə bilməyəcəklər.

Səfirin sözlərinə görə, bunun əsas səbəbi Beynəlxalq Ədalər Məhkəməsinin (ICC və ya Haaqa tribunalı-red.) Putinin həbsi ilə bağlı verdiyi qərardır. Eyni zamanda o qeyd edib ki, Cənubi Afrika Respublikası hər hansı bir şəxsin maraqları üçün öz qanunvericiliyində dəyişiklik etməyəcək. Yəni, onlar Putinin səfəri naminə Roma Statutuna qarşı çıxmayacaqlar.

Diplomatın sözlərinə görə, nə qədər ki, ölkəsi məlum təşkilatın üzvüdür, Rusiya prezidentinin Cənubi Afrikaya gəlməsi ehtimalı da bir o qədər azdır: "Bəli, vəziyyət belədir".

Qeyd edək ki, Roma statutununu qəbul edən ölkələr üzərlərinə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını icra etmək öhdəliyi götürür.

Beynəlxalq Ədalət Məhkəməsi Rusiya prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində saxlanılma qərarı çıxarıb.

Sənəd qüvvəyə mindiyindən Putin bəzi ölkələrə səfər edəcəyi təqdirdə həbs olunaraq, Haaqa tribunalına verilməlidir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin  





Xəbər lenti