Volodin: Makron Üçüncü Dünya müharibəsini alovlandırmağa çalışır

      Volodin:    Makron Üçüncü Dünya müharibəsini alovlandırmağa çalışır
  28 Fevral 2024    Oxunub:912
Fransa prezidenti Emmanuel Makron hakimiyyətini qoruyub saxlamaq üçün Üçüncü Dünya müharibəsini alovlandırmaq cəhdindən daha yaxşı bir şey tapmadı.
Bu fikri Dövlət Dumasının sədri Vyaçeslav Volodin Fransa prezidentinin Qərb ölkələrinin hərbçilərinin Ukraynaya mümkün göndərilməsi mövzusunun müzakirəsi ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.

"Makron bir sıra səs-küylü bəyanatlar verib, o cümlədən NATO qoşunlarının Ukraynaya göndərilməsi ehtimalı öz ölkəsinin sakinlərini və bir sıra Avropa dövlətlərinin liderlərini dəhşətə gətirib. Şəxsi hakimiyyətini saxlamaq üçün Makron bundan yaxşı heç nə tapmadı. Üçüncü Dünya müharibəsini alovlandırmaq təşəbbüsləri Fransa vətəndaşları üçün təhlükəli olur", - Volodin qeyd edib.

Onun sözlərinə görə, hətta Almaniya kansleri Olaf Şolts Hitleri xatırlayaraq belə sərsəm avantürizmdən heyrətə gəlib.

Dövlət Dumasının spikeri həmçinin Fransa prezidentini Napoleon Bonaparta bənzədib və əlavə edib ki, Makron bu cür bəyanatlar verməzdən əvvəl bunun Napoleon və onun əsgərləri üçün necə bitdiyini xatırlasa yaxşı olardı: "Onlardan 600 mindən çoxu rütubətli torpağın altında qalıb".

Fransa prezidenti fevralın 26-da bildirib ki, Parisdə 20-yə yaxın Qərb ölkəsinin nümayəndələrinin Rusiya Federasiyası ilə münaqişədə Ukraynaya gələcək dəstəyini müzakirə etdiyi görüşdə Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya mümkün göndərilməsi mövzusu qaldırılıb.

Onun sözlərinə görə, iştirakçılar bu mövzuda konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti