Amerikalı muzdlular Zelenskini devirməyə hazırlaşdıqlarını etiraf ediblər

  Amerikalı muzdlular Zelenskini devirməyə hazırlaşdıqlarını etiraf ediblər
  28 Fevral 2024    Oxunub:759
Ukraynaya döyüş üçün gələn amerikalı muzdlular prezidenti Volodimir Zelenskinin devrilməsinə razılıq veriblər.
AzVision.az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb. Qeyd edilir ki, Ukraynanın xarici legionunda xidmət aparmış muzdlu döyüşçülər- Ceyson Friman və Bred Kendall prezidenti devirməyə hazırlaşdıqlarını söyləyiblər.

Prankerlər (dələduz-red.) onlarla Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun adından danışaraq döyüşçülərə siyasətçinin şəxsi hərbi şirkətində xidmət aparmağı təklif ediblər.

Friman etiraf edib ki, Ukraynanın keçmiş liderinin təhlükəsizlik xidmətində vəzifə təklifi gələrkən buna ciddi yanaşıb.

"Çünki inanırdım ki, nəhayət bu ölkəyə rəhbərlik edə biləcək adam o olacaq", - muzdlu döyüşçü qeyd edib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Zelenski  





Xəbər lenti