İrəvan rus sərhədçilərini Zvarnotsdan çıxarır?

İrəvan rus sərhədçilərini Zvarnotsdan çıxarır?
  28 Fevral 2024    Oxunub:941
Ermənistan bizdən rus sərhədçilərinin İrəvanın Zvartnots hava limanından çıxarılmasını tələb etməyib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

O, qeyd edib ki, Moskva Ermənistan parlamentinin spikeri Alen Simonyanın fikirlərinə mənfi yanaşıb: "Biz bunu rəsmi İrəvanı təmsil edən nümayəndənin qeyri-dost davranışının növbəti nümunəsi kimi qiymətləndiririk".

Zaxarova Milli Assambleya sədrinin qaldırdığı mövzulara görə məsuliyyət daşımasını da xatırladıb.

Xatırladaq ki, Simonyan Zvartnots hava limanından rus sərhədçilərinin çıxarılmasının zərurət olduğunu deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti