Lula da Silva Prezident İlham Əliyevi təbrik edib

   Lula da Silva Prezident İlham Əliyevi təbrik edib
  29 Fevral 2024    Oxunub:698
Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir: "Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Zati-alinizi təbrik edirəm. Ümidvaram ki, Braziliya və Azərbaycan arasında dostluq əlaqələri xalqlarımızın rifahı naminə beynəlxalq miqyasda da dərinləşməkdə davam edəcəkdir.

Fürsətdən istifadə edərək Azərbaycana bu il COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərimi çatdırıram.

Ölkələrimiz arasında əməkdaşlıq “Üçlük” - Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya çərçivəsində “1.5 dərəcə Selsi missiyası” istiqamətində xüsusilə aktual olacaqdır.

Cənab Prezident, Braziliya ilə Azərbaycan arasında münasibətlərin daha da yaxınlaşmasında maraqlı olduğumu bir daha bildirirəm. Sizə xoşbəxtlik, ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzu edirəm".

AzVision.az


Teqlər:





Xəbər lenti