Şolz Londonun kəşfiyyat məlumatlarını açmaqda günahlandırılır

Şolz Londonun kəşfiyyat məlumatlarını açmaqda günahlandırılır
  29 Fevral 2024    Oxunub:809
Almaniya kansleri Olaf Şolz Britaniyanın Ukraynaya hərbi yardımının təfərrüatlarını açıqladıqdan sonra o, kəşfiyyat məlumatlarından sui-istifadə etməkdə günahlandırılıb.
Bu fikirlər “The Independent”də dərc olunan məqalədəndir.

Fransada Makronun impiçmenti tələb olunur
Müəllif qeyd edib ki, Şolz Britaniyanın "Storms Shadow"sunun analoqu olan "Taurus" raketlərini Kiyevə göndərməyəcəyini söyləyib. Buna səbəb kimi isə ölkəsinin müharibədə birbaşa iştirakı riskinin yaranmasını göstərib. Hansı ki, Paris və London belə riskə gedib. Bu açıqlamalar isə Britaniya hərbi və diplomatik heyətini təhlükə altına qoyan fikirlər kimi qiymətləndirilib.

“O, bazar ertəsi alman əsgərlərinin Britaniya və Fransa müttəfiqlərindən nümunə götürə bilməyəcəyini söylədi...”, - məqalədə yazılıb.

Bu açıqlamalardan sonra Britaniya İcmalar Palatasının müdafiə komitəsinin keçmiş sədri deyib ki, Şolzun sözləri “kəşfiyyat məlumatından açıq-aşkar sui-istifadə". Məqsəd Almaniyanın Ukraynanı silahlandırmaq istəyində olmamasından diqqəti yayındırmaqdır.

Onun fikrincə, Rusiya Şolzun ​​arqumentlərindən eskalasiya üçün istifadə edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Almaniya  





Xəbər lenti