Rotşildlərin taxt oyunları: Baron öldü, bacı-qardaşın miras davası başladı

      Rotşildlərin taxt oyunları:    Baron öldü, bacı-qardaşın miras davası başladı
  29 Fevral 2024    Oxunub:816
Dünyanın ən zəngin ailələrindən birinin, Rotşildlərin "baronu" kimi tanınan lord Ceykob Rotşildin 87 yaşında ölümündən sonra varislər arasında taxt böhranı şiddətlənib.
AzVision.az xəbər verir ki, bank maqnatının ölümündən sonra yeni lider seçilməlidir. 1 milyard dollarlıq sərvətə sahib olan ailədə lider seçiminə ciddi yanaşılır.

Lord Rotşildin 60 illik evliliyindən dörd övladı var. Onların ən kiçiyi və yeganə oğlu Nasaniel (Nat) Rotşild taxta ən yaxın namizəd hesab edilir. Lakin İsveçdə yaşayan Natın "playboy" tərzini atası bəyənmirdi. Aralarındakı soyuqluğa görə oğlu Rotşildi 2016-ci ildəki ikinci toyuna çağırmamışdı.

İddiaya görə, Natın böyük bacısı Hanna Rotşild (61) onun əsas rəqibidir. Lord Rotşild tərəfindən 1961-ci ildə Londonda qurulan RIT Capital Management şirkəti də Hannanı dəstəkləyir.

Hanna şirkətin 10 faiz səhmdarıdır və idarə heyətində təmsil olunur. Digər tərəfdən, Natın RIT Capital Managementdə birbaşa payı yoxdur. "Dünyanı idarə edən ailə" olaraq bir çox sui-qəsd nəzəriyyəsinə mövzusu olan Rotşildlərin liderlik davası "Succession" serialına bənzədilib. Serial media maqnatı atanın kreslosuna oturmaq uğrunda bacı-qardaşların mübarizəsindən bəhs edir.

AzVision.az


Teqlər:





Xəbər lenti