Rusiya prezidenti: "Qərb regionlarda münaqişəyə səbəb olub"

      Rusiya prezidenti:    "Qərb regionlarda münaqişəyə səbəb olub"
  29 Fevral 2024    Oxunub:911
Rusiya prezidenti Vladimir Putin Rusiyanın Avropaya hücum planlaşdırması ilə bağlı Qərbdən gələn iddiaları cəfəngiyyat adlandırıb.
O, bu barədə Federal Məclisə müraciətində bildirib. "Qərb Ukraynada, Yaxın Şərqdə və dünyanın digər regionlarında münaqişəyə səbəb olub və yalan danışmağa davam edir. İndi heç utanmadan deyirlər ki, guya Rusiya Avropaya hücum etmək niyyətindədir. Siz və mən başa düşürük ki, onlar boş-boş danışır", - deyə o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti