Qazaxıstan vahid saat qurşağına keçdi

Qazaxıstan vahid saat qurşağına keçdi
  29 Fevral 2024    Oxunub:865
1 mart 2024-cü il saat 00:00-dan (29 fevral, Bakı vaxtı ilə saat 23:00) Qazaxıstan rəsmi olaraq vahid saat qurşağına keçib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra Qazaxıstanın bütün ərazisində 5-ci saat qurşağı (UTC+5) tətbiq ediləcək. Əvvəllər ölkədə iki saat qurşağı - UTC+5 və UTC+6 istifadə olunurdu. Ölkə ərazisinin böyük hissəsi (qərb rayonları istisna olmaqla) UTC+6 zonasında olub.

Beləliklə, fevralın 29-dan martın 1-nə keçən gecə Manqistau, Atırau, Qərbi Qazaxıstan, Aktobe və Qızılorda vilayətləri istisna olmaqla, bütün regionlarda vaxt bir saat geri çəkilir (UTC+6 zonasında).

Qeys edək ki, daha əvvəl qazaxıstanlı ekspertlər 6-cı saat qurşağınən təbii günəş vaxtı ilə uyğun gəlmədiyini və vətəndaşların sağlamlığına mənfi təsir göstərdiyini deyiblər. Vahid vaxtın olması nəqliyyat və digər kommunikasiyaların koordinasiyasını yaxşılaşdıracaq və biznesə müsbət təsir göstərəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti