Serbiya prezidenti: "Putin Rusiyanın parçalanmasının qarşısını aldı"

      Serbiya prezidenti:    "Putin Rusiyanın parçalanmasının qarşısını aldı"
  01 Mart 2024    Oxunub:888
"Rusiya prezidenti Vladimir Putin hakimiyyətə gəldikdən sonra ölkənin dağılmasının qarşısını aldı. Rusiya beş-altı yerə parçalana bilərdi".
Bunu TASS-a müsahibəsində Serbiya Respublikası prezidenti Milorad Dodik deyib.

Putinin açıqlamaları Almaniyada təşvişə səbəb olub - “Die Welt”
"Əgər Putin meydana çıxmasaydı və o, cəmiyyəti idarə etməyə başlamasaydı, Rusiya daha asan manipulyasiya edilə bilən beş-altı dövlətə parçalanardı", - prezident vurğulayıb.

O qeyd edib ki, belə bir vəziyyət digər məsələlərlə yanaşı, Rusiya dövləti daxilində millətlərarası münaqişəyə də gətirib çıxara bilər.

Serbiya rəhbəri Putini “əsl kişi, dövlət xadimi, prezident, ölkəsini və xalqını sevən insan” adlandırıb. Milorad Dodik qeyd edib ki, o, Putinlə bir neçə dəfə görüşüb və Rusiya lideri heç vaxt serb xalqından qeyri-adekvat bir şey tələb etməyib. "O, özünü başqa insanlara, yaxşı adamlara həsr edən şəxsiyyətdir. Düşmənlərə isə həmişə düşmənçiliklə yanaşmaq lazımdır", - o, fikrini yekunlaşdırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Serbiya  





Xəbər lenti